Məkkədə halal seks-şop açılacaq

Məkkədə halal seks-şop açılacaq
  22 Aprel 2015    Oxunub:4418
Dünya müsəlmanlarının müqəddəs şəhəri Məkkədə ilk halal seks-şop açılacaq.
Bu barədə AzVision.az “The İndependent”ə istinadən xəbər verir.

Məlumata əsasən, layihə üzərində 2010-cu ildən Niderlanda El Asira erotik brendi işləyir.
Onlayn halal seks-şopun rəhbəri olan Əbdüləziz Aurah vurğulayıb ki, artıq yerli rəhbərlikdən buna icazə alıb.

El Asira adını alacaq seks-şopda prezervativlər, yağlar, həmçinin islamın təqdir etdiyi 18 oyuncaq satılacaq.

Əbdüləziz Aurah qeyd edib ki, belə mağazalar ər və arvad arasında seksual münasibətlərin yaxşılaşmasına yardım edəcək: “Bizim çeşidlərimizə hissiyyatı artıran və seksual sahədə atmosferi yaxşılaşdıran məhsullar daxildir”, - deyə mağaza sahibi vurğulayıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti