Papa intiqam aldı - Türkiyə səfəri ləğv edildi

Papa intiqam aldı - Türkiyə səfəri ləğv edildi
  22 Aprel 2015    Oxunub:3723
Vatikan nümayəndəsi aprelin 24-də Türkiyədə Çanaqqala zəfərinin 100 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak etməkdən imtina edib.
AzVision.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə Vatikanın Ankarada səfirliyindən bildirib.

Səfirlik rəsmiləri bəyan ediblər ki, Müqəddəs Taxtın təmsilçisi səhhəti ilə əlaqədar Çanaqqala döyüşünün 100 illiyi ilə əlaqədar tədbirlərə qatılmayacaq.

Xatırladaq ki, Roma Papası Fransisk 1915-ci ildə həlak olanları yad etmək üçün təşkil olunan tədbirdə 20-ci əsrin ilk “soyqırım” qurbanlarının Erməni topluluğu olduğunu söyləmişdi. Papanın bu mövqeyi Türkiyə rəhbərliyi tərəfindən kəskin tənqid olunmuşdu. Çox güman ki, Vatikan bu qalmaqala görə, Türkiyədə keçiriləcək tədbirə qatılmayacaq.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti