Rusiyada 3 azərbaycanlı həbs edildi

Hadisə yerinə gələn polis əməkdaşları müəyyənləşdiriblər ki, zərərin ümumi məbləği 4,5 milyon rubl təşkil edir.
Baş vermiş fakt üzrə Rusiya Federasiyası Cinayət Məcəlləsinin dörd maddəsi ilə cinayət işi qaldırılıb.
Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Daxili İşlər Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində Moskva ərazisində şübhəli bilinən qrup iştirakçılarından 3 nəfər saxlanılıb. Lyubertsı şəhərində isə dördüncü şübhəli tutulub. Həbs olunanlardan 3-ü Azərbaycan, 1-i isə Qazaxıstan vətəndaşıdır. Hazırda istintaq tədbirləri davam edir.
Polis bu şəxslərin hərəkətlərindən zərər çəkənlərin 102 xidmətinə zəng vurmaları barədə müraciət edib.
Teqlər: