Avropa Ukraynaya 250 milyon yardım ayırdı

Avropa Ukraynaya 250 milyon yardım ayırdı
  22 Aprel 2015    Oxunub:1479
Avropa Komissiyası (AK) Avropa İttifaqı adından Ukraynaya 250 milyon avro ayırıb.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə AK-nın yaydığı məlumatda bildirilir.

Ümumilikdə Avropa Ukraynaya 610 milyon yardım ayırıb.

Avropa Komissiyasından bildirilir ki, maliyyə köməyinin əsas məqsədi dövlət maliyyəsinin idarə olunması, korrupsiya, ticarət vergi, energetika və maliyyə sektorlarında islahatların aparılmasıdır.

Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyasının Ukraynaya 1,8 milyard avro ayıracağı bildirilirdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti