Ermənistanda demoqrafik böhran

Ermənistanda demoqrafik böhran
  22 Aprel 2015    Oxunub:1514
Sosial-iqtisadi problemlər girdabında boğulan Ermənistanda doğum səviyyəsi son 10 ildə 2 dəfə aşağı düşüb.
Yoxsulluq içərisində yaşayan erməni ailələri uşaq sahibi olmaq istəmirlər. “Nyus armenian” saytının bununla bağlı araşdırmasına əsasən, hazırda Ermənistanda produktiv 1 anaya düşən uşaq sayı 1,3-dən aşağı enib. Bu isə yaxın gələcəkdə ölkədə daha ciddi problemlərə yol açacaq. Erməni sosioloq Ruben Yeqanyanın sözlərinə görə, indiki ailələrin yalnız 30 faizi övlad sahibi olmağa meyllidir. Yeqanyan bunu erməni gənclərinin sabit maaşlı işlərinin olmaması ilə əlaqələndirir. Bundan başqa, əksər ailələrdə doğulan uşaqlar müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. Xəstə uşaq isə erməni cəmiyyətində yaxşı qəbul olunmur. Ona görə də valideynlər çox zaman belə övladlarını ətraf aləmdən təcrid şəkildə böyüdürlər. Ailələrin əksəriyyəti onların müalicəsi üçün pul tapa bilmir. (Azərtac)


Teqlər:





Xəbər lenti