Marqvelaşvili də Sarkisyana `yox` dedi

“Ermənistan tərəfdən Gürcüstan prezidentinə aprelin 23-24-də Yerevana səfər etməsi barədə dəvət gəlib. Diplomatik kanallar vasitəsilə erməni həmkarlara bildirilib ki, məhz həmin ərəfədə Belarus prezidenti Aleksandr Lukaşenkonun Gürcüstana səfəri başlayır və onu prezident Marqvelaşvili qarşılayacaq”, - deyə jurnalistlərə açıqlamasında Gürcüstan prezidentinin beynəlxalq məsələlər müşaviri Tenqiz Pxaladze bildirib.
Qeyd edək ki, daha əvvəl Gürcüstan hökumətinin üzvləri baş nazir İrakli Qaribaşvilinin 23-24 aprel tarixlərində Ermənistana səfər etməsi barədə məlumatı təsdiqləməmişdilər.
Eldar Tanrıverdiyev