Diktator ən yüksək zirvədə Günəşə baxdı

“Rodonq” qəzetinin yazdığına görə Koreya lideri öz hərbçilərinə belə deyib: “Pektusan dağına çıxmaq insana nüvə silahından da güclü zehni qida verir”. Düzü, bir çox dil ekspertləri onun bu kəlamındakı müqayisənin mənası üzərində baş sındırırlar.
Xəbər verilir ki, bu səfərdə məqsəd liderin bu yerlərdə hərbi manevrləri yenicə başa çatdırmış Koreya Xalq Ordusunun pilotları ilə görüşü olub. Çinlə sərhəddə yerləşən vulkanik Pektusan dağı Koreya folklorunda müqəddəs sayılır.