Milyonçu olmağın gizli sirri...

Milyonçu olmağın gizli sirri...
  20 Aprel 2015    Oxunub:35746
Dünyanın varlıları arasında “McDonalds”da nahar edən də var, 20 ildir pulqabısını dəyişməyən də...
İnsanların, medianın maraq göstərdiyi mövzulardan biri də dünya milyonerləri ilə bağlıdır. Elə gün olmur ki, onların nə yeyib-içdikləri, həyatları mövzusunda yeni detallar çıxmasın. Kim daha xəsisdir, kim daha əliaçıq... Saniyəsi milyonlarla ölçülənlər, bir ayaqqabını on il dalbadal geyinənlər...

Kimin hekayəsi necədir? Pul hamıya xoşbəxtlik gətirirmi?

Onlar bir saniyədə pul qazanır, bir gündə yox...

Məsələn, dünyanın ən varlı insanları gündə yox, saniyədə pul qazanırlar. Bu məbləğ isə kasıbların gözlərini hədəqəsindən çıxarır. Amma bu pulları xərcləyərkən çox diqqətli davranırlar. Məsələn, “Forbes” jurnalında tez-tez ən varlı adamların sırasında yer alan, 67,8 milyard dollarlıq sərvəti ilə birinci olan Karlos Slim 12 yaşından bu günə qədər yediyi, içdiyi və aldığı paltarlar da daxil olmaqla bütün xərclərini bir kənara qeyd edir. 13 ildən sonra dünyanın ən varlı insanı ünvanını əldən qaçıraraq ikinci olan Bill Gates isə dünyanın ən bahalı evində yaşayıb. Amma özəl bir təyyarəsi, gəmisi olmayıb. Heç lüks partilərə də qatılmayıb. Sərvəti 56 milyard olan Gates gündə 17 saat çalışıb və saniyədə 250 dollar qazanır. Dünyanın ən varlıları siyahısında üçüncü olan Varren Buffetti isə maliyyə dünyasının dahisi adlandırılar. Amma bu dahi 20 ildir eyni pulqabından istifadə edir.



Paris Hilton isə lüks həyat tərzi və su kimi pul xərcləməsi ilə diqqət çəkən varlılardandır. Hilton qatıldığı lüks məclislərlə yanaşı, həftə ərzində 30 saatını alış-verişə xərcləyir.

Dünya varlıları siyahısındakı daha bir məşhur- iş adamı Carlos Slim isə 67 yaşındadır və müxtəlif sektorlarda 200-ə yaxın şirkətə rəhbərlik edir. Slim bahalı restoranlarda yemək yeməkdən və bahalı alış-verişlərdən xoşlanmır. Dünyanın ən varlı adamlarından biri olmasının ona nə hiss etdirməsi sualına cavabda isə “pul heç vecimə də deyil” deyir.

Ən xəsis milyonçu



1930-cu il təvəllüdlü iş adamı Varren Buffett isə öz sərvətinin 31 milyard dolarını Bill & Melinda Gates Vəqfinə keçirməklə ABŞ-da bu günə qədərki ən böyük xeyriyyə əməlinə imza atıb. 6 yaşında ikən Coca Colaları 5 sentlik gəlirlə sataraq pul qazanmağa başlayıb. Hələ də 1958-ci ildə satın aldığı 31 min 500 dollarlıq evdə yaşayır. Varren harasa getmək üçün sürücüdən istifadə etmir. Bayaq da dediyimiz 20 ildir eyni pulqabından istifadə edir. Və ən maraqlısı: günorta yeməyini yemək üçün özünün idarə etdiyi maşınla McDonalds-a gəlir.

Düzdü, bayaq Paris Hiltonu alış-veriş xəstəsi kimi təqdim etdik. Amma onun barəsində də bilmədiklərimiz var. 50 milyon dollarlıq bir sərvətə sahib olan, 1981-ci il təvəllüdlü Paris Hiltonun gördüyü işlər sırasında modellik, müğənnilik, aktrisalıq da var. Hər səhər 6-da yuxudan oyanır. O ərəfədə hansı işlə məşğul olursa, səhər saatlarında o işin dalınca gedir. Cəmi bir gecədə qatıldığı bir məclisə və ya tanıtım tədbirinə görə 1 milyon dollar qazana bilir. Elə bunun nəticəsidir ki, Hiltonun 6,2 milyon dollarlıq evində 200 kvadrat metr sahəyə malik bir geyim otağı var. Həftədə orta hesabla 30 saatını alış-verişə sərf etsə də, bu, sərvətini azaltmır. Əksinə, bəzi markalar ona öz mallarını havayı verirlər ki, reklam olsun. Məhz bu cür məsuliyyətsiz davranışlarına görə isə bu xanım babası Barron Hiltonun 335 milyon dollarlıq sərvətindən məhrum edilib.

Dünya varlılarının vətəni - London və Nyu York



Varlıların harada yaşamasına gəlincə, qeyd edək ki, onlar daha çox London və Nyu York şəhərlərini tərcih edirlər. Araşdırmalara görə, dünyada illik xərclənə biləcək sərvəti 100 milyon dollardan çox olan 63 min nəfər yaşayır. Bu adamların toplam sərvətləri isə 39,9 trilyon dollar təşkil edir. Rəqəmlərlə bu qədər. Bu günlərdə mərkəzi Nyu Yorkda olan The Luxury Institute maraqlı bir araşdırma hazırlayıb. Həmin araşdırmaya görə, sərvət sahibləri və milyarderlərin lüks həyat tərzi ilə bağlı bir çox yanlışlar var. Yanlışların sıralaması isə belədir:

1.Varlılar pulu asanlıqla qazanıb, asanlıqla xərcləyirlər. Halbuki onlar nəyisə satın almadan öncə yanlarında çalışan araşdırmaçıları onlara məlumat verir, ən ucuz və sərfəlisini alırlar.
2.Varlılar başqa bir aləmdə yaşayan harınlardır. Bu da elə birinci bənddəkinə bənzər bir yanlışdır. Əslində varlılar bir çox kasıblardan və ya orta sinif nümayəndələrindən fərqli olaraq daha az alış-veriş edir. Milyonerlərin həyata dair ən böyük narahatlığı isə uşaqlarını yaxşı yetişdirmək, yaşadıqları həyat standartını qoruya bilmək, eyni şəkildə valideynlərinin də yaşlılıqlarında rahat yaşayışını təmin etməkdir.

3.Milyonerlər üçün bir malın bahalı olması hər şeydən önəmlidir. Bunun yanlışlığını isə iqtisadi araşdırmalar ortaya qoyub. Varlılar həyat təcrübəsinin də qatqısı ilə keyfiyyətli malı dərhal ayırd edə bilir. Onların qabağına onlarla marka qoysan, mütləq ən keyfiyyətlisini seçəcək.

4.Varlı müştərilər heç vaxt müştəri məmnunluğu ilə bağlı rəy sorğularına qatılmırlar. Əksinə, əksər varlı müştərilər savadlı olduqları üçün bilirlər ki, markanın önəmini bu cür rəylər müəyyənləşdirir. Ona görə də maksimum aktiv olurlar.

6.Milyonerlər internetdən çox istifadə etmir. Bu da yanlış bilgidir. Vaxtının çoxunu işləməklə keçirən varlılar onlara zaman qazandıra biləcək hər şeydən istifadə edirlər. Bunların sırasında isə internet üst yerlərdədir. Onlar internetə daha çox lüks mallar, lüks xidmətləri axtarmaqla yanaşı, işlərini daha sürətlə icra etmək üçün baş vururlar. Yəni bank əməliyyatları və internet vasitəsilə alış-veriş üçün...

7.Bazar araşdırmaları və rəyləri varlıların satın alma qərarları üzərində təsirli deyil. The Luxury Institute’un araşdırmasında məlum olub ki, varlıların 80 faizi güvənli hesab etdikləri şəxslərin və qurumların qərarlarına önəm verir.

8.Lüks marka sahibləri sadəcə ən varlıları hədəf almalıdır. Əslində araşdırmalar göstərib ki, savadlı və həyatı anlayan varlılar üçün uşaqlarının, özünün səyahət planları, sağlam yaşam tərzi daha çox önəm daşıyır.

Dünyada neçə cür varlı var?

Dünya iqtisadiyyatı üçünsə varlılar iki kateqoriyaya ayrılır. Bunlardan ilki “HNWI (High-net-worth individuals-Yüksək dəyərli fərdlər) adlanır. Bu sinfə daxil olan zənginlər 1 milyon dollar və ya daha çox var-dövlətə sahibdilər.
İkinci sinfə aid olanlar isə “U-HNWI (Ultra high-net-individuals-Ultra yüksək dəyərli fərdlər) adlanır. Bu sinfə daxil olanlar isə 30 milyon dollardan daha çox var-dövlətə sahibdilər. Araşdırmalar onu da göstərib ki, yeni varlı olmuş insanlar daha öncəki varlılara görə ilk mərhələdə daha çox pul xərcləyirlər. Onlar özvar-dövlətini daha çox göstərməyə çalışırlar. Çox bahalı evlər, maşınlar alırlar. Tanınmış və çox varlı insanların getdikləri klublara üzv olmağa çalışırlar.
İkinci mərhələdə isə ailə ilə bağlı məfhumlara önəm verməyə başlayırlar. Evli deyillərsə, ailə qururlar. Uşaqlarına yaxşı bir təhsil vermək üçün uğraşırlar. Vergi məsələlərinə daha çox diqqət edirlər. Üçüncü mərhələdə isə xeyriyyə işlərinə maraq göstərirlər. Bu müddətin uzunluğu zəngindən-zənginə fərqlidir. Bəzən 10, bəzən 20, çox vaxt isə 30 il ala bilər.

Bu arada onu da deyək ki, son 10 ilin milyonerləri daha çox var-dövlətə özləri sahib olanlardır. Halbuki 50-60-cı il öncəyə qədər insanlara var-dövlət miras olaraq qalırdı.

“Forbes” Jurnalı diplomu belə olmayan, dünya üzrə 25 məşhur multimilyonerin adını açıqlayıb. Həmin siyahıda Türkiyədən Əhməd Nazif Zorlu da yer alıb. Məlum olub ki, Zorlu 15 yaşında liseyi tərk edib. Buna səbəb ailəsinə maddi yardım etmək üçün işləmək istəməsi olub. “Forbes”in siyasının başında liseyi 17 yaşında ikən tərk edən məşhur aktyor Robert De Niro da var. Məşhur multimilyonerlərin arasında olimpiada çempionu, boksçu George Foreman, maneken Gisele Bundchen, Jim Clark, aktyor Sidney Poiter, aktrisa Uma Thurman ve Jessica Simpson yer alır.

Bəzi multimilyonerlərin qısa hekayəsi isə belədir:

Amancio Ortega: ZARA tekstil və mağaza zəncirlərinin sahibi olan iş adamı 14 yaşında liseydən qovulub. Hazırda 25 milyardlıq bir sərvəti var.

Francois Pinault: Fransanın ən varlı üçüncü adamı isə Gucci, Converse ve Somsonitenin sahibidir və heç orta təhsili yoxdur.

Billy Joel: “Columbia Universitetine getməyəcəm. Əvəzində Columbia Plak şirkətinə gedəcəm. Orada isə lisey diplomuna ehtiyac yoxdur” deyib. O, hazırda 160 milyon dollarlıq sərvətə sahibdir.

Catherine Zeta-Jones: Londonda 15 yaşında liseyi kino ulduzu olmaq üçün tərk edib. Hazırda 45 milyon dollarlıq sərvətə sahibdir.

Carl Lindner: Süd satmaq məqsədi ilə qapı-qapı gəzmək üçün liseydən çıxıb. Chiquita bananlarının sahibi və dondurma kralı ünlü iş adamıdır. Sərvəti 1.7 milyard dollardır.
Curtis James Jackson (50 Cent): Məşhur qaradərili müğənni də New Yorkun Jamaica məhəlləsində getdiyi məktəbi 12 yaşında tərk edib.

Milyoner olmağın xüsusi sirləri varmış...

Amerikanın ən varlı adamlarından biri olan New Yorklu daşınmaz əmlak kralı Donald Trump uğurlu iş həyatının təcrübələrini kitab halına salıb. Necə varlı olmaq olar? adlı kitabda varlı olmağın ipucları bunlardır:

1- Geyim-gecim: İlk vaxtlar ucuz geyimlər aldığım üçün özümlə qürur duyurdum. Düşünürdüm ki, 100 dollara bir geyim ala bilərəmsə, nə üçün buna daha çox pul xərcləyim. İllər mənə öyrətdi ki, bu, səhvdir. Çünki ucuz ayaqqabılar, paltarlar çox tez xarab olur. Digər tərəfdən, unutmayın ki, insanla bağlı ilk təəssürat onun geyiminə görə yaranır. Amma bunu edərkən çevrə ilə ayaqlaşmağı da unutmayın. Məsələn, diqqətçəkən bir geyim tərzi Beverly Hillsdə diqqət çəkə bilər, amma Wall Streettə (iş çevrəsi) pis qarşılanır.

2. Qarşınızdakını sınamaq istəyirsinizsə, təhrikedici bir söz söyləyin, ya da elə bir davranış sərgiləyin. Mən bəzən bir iclasda çox təəccüb yaradacaq şərh verərək masa ətrafındakıların reaksiyasını yoxlayıram. Kim öz reaksiyası ilə mənim xoşuma gəlməyə çalışır, kim səmimidir, anlayıram. Dost-düşməni tanımaq üçün belə sınaqlar vacibdir.

3. Özünüz özünüzün maliyyə məsləhətçisi olun. Mən dəfələrlə şahid olmuşam ki, maliyyə məsləhətçiləri insanların fəlakətinə səbəb olur. Wall Street Journal, Forbes, Business Week, Fortune kimi etibarlı qaynaqları bir müddət izləyin, sonra da özünüz özünüzə maliyyə məsləhətçisi kimi baxın.

4. Heç kimə etibar etməyin. Kimsə sizə zərər vermək istəyirsə, onunla insidentə girməkdən çəkinməyin. "İncil"də də deyildiyi kimi, gözə göz, dişə diş. Unutmayın ki, ən yaxın dostunuz belə həyat yoldaşınızı və ya pulunuzu əlinizdən almaq istəyə bilər.

5. Mümkün qədər əllə salamlaşmayın. Mikrobların əl sıxışma yolu ilə keçdiklərini unutmaq olmaz.

6. İntuisiyanıza etibar edin. Bəzən aldığınız yüksək ali təhsil belə 6-cı hissinizə məğlub ola bilər.

7. Pozitiv olun, amma hər zaman ən pis ssenariyə hazırlıqlı olun. Ortaya çıxa biləcək problemləri təxmin etmə bacarığı mənə çox şey qazandırdı.

8. Detallara hər zaman önəm verin.

9. Evlənmədən öncə həyat yoldaşınızla mütləq nikah müqaviləsi bağlayın. (musavat.com)


Teqlər:





Xəbər lenti