Putin “soyqırım” üçün İrəvana gedir

Putin “soyqırım” üçün İrəvana gedir
  17 Aprel 2015    Oxunub:3477
Rusiya və Fransa prezidentləri Vladimir Putin və Fransua Olland 23-24 aprel tarixlərində “erməni soyqırım” ının 100 illiyi ilə əlaqədar keçiriləcək tədbir çərçivəsində görüşə biləcək.
AzVision.az “Tass” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bildiyimiz kimi, Putin və Olland İrəvanda eyni vaxta səfərdə olacaq. Ona görə, Ermənistan tərəfindən təşkil olunacaq tədbirlər çərçivəsində görüşməsi ehtimalını istisna etmək olmaz”, - deyə Peskov vurğulayıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti