Papadan növbəti “soyqırım” açıqlaması

Papadan növbəti “soyqırım” açıqlaması
  14 Aprel 2015    Oxunub:3163
Roma Papası Fransisk Türkiyənin sərt etirazından sonra “erməni soyqırımı” ilə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib.

AzVision.az xəbər verir ki, Papa Türkiyənin Vatikandakı səfirini geri çağırmasından sonra yeni bir açıqlama verib.

Fransisk “olayları adı ilə təqdim etmək lazımdır” deyərək Türkiyəyə mesaj göndərib. Papa həmçinin nə üçün ayində “erməni soyqırımı” ifadəsini işlətdiyinə də aydınlıq gətirib:

“Gördüyümüz və duyduğumuz hadisələr haqda səssiz qala bilmərik”.

Qeyd edək ki, ötən gün Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi ayində Papa çıxış edərək “erməni soyqırımı”nın XX əsrin ilk soyqırımı olduğunu deyib. Onun bu çıxışından sonra Türkiyə Vatikana rəsmi şəkildə etirazınıı bildirib. Ankara etiraz əlaməti olaraq Vatikandakı səfiri geri çağırıb. Papanın bu açıqlaması Azərbaycanda da etirazla qarşılanıb.

Anar Rüstəmov


Teqlər:  





Xəbər lenti