Almaniya da qondarma `soyqırımı` tanımadı

Almaniya da qondarma `soyqırımı` tanımadı
  14 Aprel 2015    Oxunub:1950
Almaniya ermənilərin 100 illiyinə hazırlaşdığı qondarma “soyqırım”la bağlı rəsmi mövqeyini açıqlayıb.
Rəsmi Berlin 1915-ci il hadisələrinin mütəxəssislər və tarixçilər tərəfindən dəqiq araşdırılmasının vacib olduğunu bəyan edib.

Almaniya hükümətinin rəsmisi Kristian Virtz Berlində keçirdiyi mətbuat konfransında jurnalistlərin “soyqırım”la bağlı suallarını cavablandırıb. Bildirilib ki, bu mövzuya mütəxəssislər və tarixçilər qiymət verməlidir.

K. Virtz məsələ ilə bağlı hansı mövqenin doğru olduğuna arbitr kimi qərar verə bilməyəcəklərini söyləyib.

Bu açıqlama ilə Almaniya da ermənilərin qondarma “soyqırım” iddialarını qəbul etmədiyini açıq-aşkar dünyaya çatdırdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti