ABŞ `erməni soyqırımı`na `YOX` dedi - VİDEO
ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın məsləhətçisi Brus Fein erməniləri məyus edib: “1915-ci ildə Osmanlı imperatorluğunda ermənilərin öldürülməsinin soyqırım olması ilə bağlı heç bir sübut yoxdur. Bu sadəcə “Ağ ev”ə deyil, həm də digər qurumlara təqdim olunan sənədlər üçün keçərlidir. Reyqanın prezidentliyi dönəmində bu məsələ araşdırılmış və soyqırım iddialarının əsassız olduğu sübuta yetirilmişdi. Osmanlı imperatorluğu etnik azlıqlara xüsusi diqqət göstərmiş, onları himayə edib.
“Ağ ev” tərəfindən aparılan araşdırmalar nəticəsində Birinci dünya müharibəsi zamanı Şərqi Anadoludakı müsəlman türklərinin itkilərinin 2 milyon, ermənilərin isə 300 mindən -600 minə qədər olduğu məlum olub. Amma ermənilər itkilərinin sayını süni şəkildə artırmışlar.
Keçmişdə yaşananlar orta tragediya idi. Qondarma erməni soyqırımı əslində yaşandımı?”.
AzVision.az-ın təqdim edəcəyi videoda amerikalı alimlər qondarma erməni soyqırımının əslində yaşanmadığını faktlarla sübuta yetirirlər:
AzVision.az
Teqlər: