Yəməndən çıxarılan azərbaycanlılar Moskvada - YENİLƏNİB

Yəməndən çıxarılan azərbaycanlılar Moskvada - YENİLƏNİB
  13 Aprel 2015    Oxunub:3297
Göyərtəsində Yəməndən təxliyə edilən 6 azərbaycanlının da olduğu “Tu-154” tipli təyyarə artıq Moskva ətrafında yerləşən “Çklovksk” hava limanında yerə enib.
Təyyarədə olan sərnişinlər tibbi, passport və gömrük yoxlamalarından keçdikdən sonra Rusiya Xarici İşlər Nazirliyinin təxliyə məntəqəsinə aparılacaq.

Rusiya XİN-də təxliyə edilənləri hava limanında xarici ölkələrin nümayəndələri gözləyir. Öz səyahətlərini davam etdirmək istəyən şəxslər isə Moskva hava limanlarına aparılacaq.

***
Göyərtəsində 6 azərbaycanlının da olduğu “Tu-154” təyyarəsi Cibutidən Rusiyaya uçub.

Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Rusiyanın Cibutidəki səfiri Valeriy Orlovun sözlərinə görə, təyyarənin göyərtəsində 49 Rusiya, 18 Ukrayna, 6 Azərbaycan və Belarus, 11 Özbəkistan, 3 Türkmənistan, bir Estoniya və Somali vətəndaşı olub. Bundan əlavə, təyyarədə 40-dan çox Yəmən vətəndaşı olub.

Qeyd edək ki, Rusiyaya məxsus xüsusi təyyarə bir qrup yerli və xarici vətəndaşların təxliyə edilməsi məqsədilə Qahirədən Cibutiyə gəlib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti