Davudoğludan Papaya sərt etiraz

Davudoğludan Papaya sərt etiraz
  13 Aprel 2015    Oxunub:1501
Türkiyənin baş naziri Əhməd Davudoğlu Roma Papası Fransiskin ötən gün keçirdiyi ayində 1915-ci il hadisələrini “soyqırım” adlandırmasına etiraz edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir bunu Papanın tutduğu mövqeyə yaraşmayan hal kimi qiymətləndirib:

“Bu, Papaya və onun tutduğu mövqeyə yaraşmır. Dini liderlərin ilk vəzifəsi tarixi qarşıdurmalardan yeni qarşıdurmalar yaratmaq əvəzinə, bütün insanları birliyə, sülhə və birgə yaşayışa çağırmaqdır. Əgər xarici faktorlar olmasaydı, böyük ehtimalla 1915-ci ildəki ağır hadisələr baş verməyəcəkdi. Müharibə illərində yaşananlara qarşılıqlı olaraq anlayış göstərilərsə və məsələyə yanaşma ədalətli olarsa, onda sülh yaranar”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti