Prezident jurnalistləri belə aldatdı - VİDEO

Prezident jurnalistləri belə aldatdı - VİDEO
  12 Aprel 2015    Oxunub:2883
Panamada keçirilən Amerika Sammiti zamanı Venesuela prezidenti Nikolas Maduro jurnalistlərdın qaçmaq üçün oxşarından istifadə edib.
Onun bu kələyi Sammiti izləyən CNN reportyorlarının diqqətindən yayınmayıb.

Kadrlardan görünür ki, Nikolas Maduronun oxşarı və yanında Venesuelanın birinci xanımı Siliya Flores “Şeraton” otelinin əsas girişindən çıxıb Sammitin keçirildiyi Saraya yollanır. Əsl Maduro isə onun ardınca otelin digər qapısından xəlvəti çıxaraq Venesuela nümayəndə heyətinin avtomobillərindən birinə əyləşərək Sammitə yollanır.

33 dövlətin iştirak etdiyi Amerika Sammitində Panama hakimiyyəti fövqəladə təhlükəsizlik tədbirləri görüb. Venesuela prezidenti dəfələrlə bəyan edib ki, ABŞ və digər imperialist qüvvələr onu devirməyə, öldürməyə çalışır, ölkəsinə qarşı qəsd hazırlayır. (Ans)




Teqlər:





Xəbər lenti