Müharibə veteranlarına müjdə - 9 gün pulsuz uçuş

Müharibə veteranlarına müjdə - 9 gün pulsuz uçuş
  12 Aprel 2015    Oxunub:2047
Rusiyanın “Aeroflot” aviaşirkəti faşizm üzərində qələbənin 70 illiyi münasibəti ilə xüsusi aksiyaya təşəbbüs göstərib.
AzVision.az-ın report-a istinadən məlumatına görə, aksiya çərçivəsində Rusiya, MDB ölkələri və əvvəllər SSRİ-yə daxil olan Baltikyanı ölkələrin ərazisində yaşayan və hazırda müvafiq dövlətlərin vətəndaşları olan Böyük Vətən Müharibəsi veteranları və əlilləri, faşizmin sabiq yetkinlik yaşına çatmayan məhbuslarına aviaşirkətin təyyarələrindən tam olaraq pulsuz istifadə xidməti təklif olunur.

Məlumata görə, güzəştli gediş müddəti - 2015-ci il mayın 3-dən 12-dək, biletlərin rəsmiləşdirilməsi dövrü isə aprelin 7-dən mayın 12-dəkdir.

Bundan əlavə, hər bir aksiya iştirakçısı özü ilə daha bir nəfərin gedişini pulsuz olaraq rəsmiləşdirə bilər. Pulsuz bilet Rusiya sərhədləri daxilində istənilən marşrut üzrə uçuş imkanları təqdim edir.


Teqlər:





Xəbər lenti