Avropa Rusiya ilə barışmaq istəyir
“Avropa Birliyi ilə Rusiya arasında əlaqə qurmaq hazırda davam edən Ukrayna böhranına görə demək olar ki, mümkün deyil. Amma soyuq müharibənin ən gərgin vaxtlarında Almaniya kansleri Uilli Brandt da gərginliyin azaldılması üçün çağırış etmişdi. Avropa Birliyi Rusiyanı tərk etməməlidir. Azad ticarət iqtisadi siyasətin bir vasitəsi olmamalıdır”.
Qeyd edək ki, ABŞ, Kanada və daha bir neçə ölkə ilə yanaşı Avropa Birliyi də Rusiyanı Ukraynada başlayan böhranda təqsirli bilərək bu ölkəyə sanksiyalar tətbiq edib. Bunun əvəzində isə Rusiya adı çəkilən ölkələrdən qida idxalına embarqo qoyub. Rəsmi Moskva dəfələrlə yaydığı açıqlamada Ukraynadakı daxili qarşıdurmada heç bir rolunun olmadığını və böhranın həlli yolu tapılmasının tərəfdarı olduğunu deyib.
Fatimə Kərimli
Teqlər: