Prezident və xanımının illik gəliri açıqlandı

Prezident və xanımının illik gəliri açıqlandı
  11 Aprel 2015    Oxunub:4017
ABŞ prezidenti Barak Obama və onun xanımı Mişel Obama 2014-cü il ərzində 477 min dollar qazanıb və 93 min dollar vergi ödəyib.

Bu barədə AzVision.az “Lenta.ru”ya istinadən xəbər verir.

Obama həmçinin öz vergi bəyannaməsində 71 min dollar xeyriyyəçiliyə xərclədiyini qeyd edib.

Prezident ailəsi 22 min dollar həcmində ən böyük həcmdə ianəni Fisher House Foundation təşkilatına ödəyib. Bu təşkilat yaralı hərbi qulluqçulara və onların ailələrinə kömək edir.

ABŞ vitse-prezident Co Baydenin də vergi bəyannaməsi ictimaiyyətə açıqlanıb. 2014-cü ildə Baydenin gəliri 389 min dollar təşkil edib, dövlət lehinə isə vergi ödəmələri 90 mindən bir qədər çox olub.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti