Xanım prezident Putinin dəvətini yerə saldı

Xanım prezident Putinin dəvətini yerə saldı
  11 Aprel 2015    Oxunub:2719
Cənubi Koreya prezidenti Pak Kın He Moskvada Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməkdən imtina edir.
AzVision.az “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkə XİN-i məlumat yayıb.

Buna baxmayaraq rəsmi Seul, Moskvaya prezidentin xarici məsələlər üzrə müşaviri Yun San Henı göndərəcək.

Qeyd edək ki, daha əvvəl Xorvatiya prezidenti Kalinda Qrabar-Kitaroviç, Bolqarıstan prezidenti Rosen Plevneliyev, Avstriya prezidenti Haynts Fişer, İsveçin baş naziri Stefan Leven və Yaponiya baş naziri Sindzo Abe Moskvada Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməyi planlaşdırmadığını bildirmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti