Dollar kəskin ucuzlaşır

Dollar kəskin ucuzlaşır
  11 Aprel 2015    Oxunub:4927
Rusiyada cümə günü səhər avronun kursu 54 rubldan, dolların kursu isə 51 rubldan aşağı enib.
Aprel ayı ərzində dollar rubla nisbətdə 11 faiz, avro isə 12 faiz ucuzlaşıb.

Birjada rublun qiyməti son beş gün ərzində qalxmaqda davam edir. Bu həm də qlobal neft qiymətlərinin qalxması ilə əlaqədardır. London birjasında Brent markasından olan neftin may ayı üçün bir barrelinin qiyməti 56, 75 dollar olub.

İqtisadi inkişaf naziri Aleksey Ulyukayev deyib ki, rubl özünün təməl məzənnəsinə qayıdır.
Rusiya Bankının sədri Elvira Nabibulina isə bildirib ki, rublun bahalaşmasına səbəb neft qiymətlərinin aşağı həddə olsa da, sabitləşməsidir.

Bundan əvvəl Rusiya rəsmiləri bildirmişdilər ki, rublun kursu gələcəkdıə də artmaqda davam edəcək.

Onların fikrincə, başqa proqnozlar da nikbinliyə əsas verir.

Xəbər verilir ki, ÜDM əvvəl gözlənildiyi kimi 3 faizə yox, 2, 5 faizə enə bilər, inflyasiya isə gözlənildiyi kimi 16, 7 faiz yox, 12 faiz olacaq.

Lakin ekspertlər bu qənaətdədirlər ki, rublun belə möhkəmlənməsinə səbəb Rusiya qiymətli kağız bazarına spekulyativ kapital axınıdır. (BBC)


Teqlər:





Xəbər lenti