Ərəblər Yəmənin paytaxtını vurdular

Məlumata əsasən aviazərbələr silahların olduğu anbarlara endirilib. Aviazərbələr nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.
Daha əvvəl Səudiyyə Ərəbistanı və koalisiya qüvvələri şiə üsyançılar tərəfindən tutulan Ədən şəhərinə aviazərbələr endiriblər.
Qeyd edək ki, martın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq koalisiya Yəmənin böyük hissəsinə nəzarət edən şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyata başlayıb.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: