Prezident Obamaya ultimatum verdi

Prezident Obamaya ultimatum verdi
  10 Aprel 2015    Oxunub:2287
Çexiya prezidenti Miloş Zeman ABŞ-ın Praqadakı səfiri Endryu Şapiro ilə yalnız ABŞ prezidenti Barak Obama Çexiyanın Vaşinqtondakı səfiri Pyotr Qandaloviçi qəbul etdikdən sonra görüşəcək.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Çexiyanın “İmpuls” radiostansiyasına müsahibəsində prezident administrasiyasının xarici siyasət departamentinin müdiri Ginek Kmoniçek bildirib.

“Praqada olan hər hansı digər səfirlərdə olduğu kimi, səfir Şapironun həqiqətən böyük və mühüm səbəbi olmalıdır ki, Çexiya prezidenti onu rəsmi, tet-a-tet, qəbul etsin”, deyə Kmoniçek qeyd edib.

O hazırda belə bir səbəbin olmadığını qeyd edib: “Lakin əgər sabah Obama səfir Qandaloviçi qəbul edərsə, prezident Zeman da, bundan sonra, səfir Şapiro ilə görüşə bilər”.

Qeyd edək ki, bundan əvvəl Miloş Zeman ABŞ səfiri Şapironun onun Moskvaya faşizm üzərində qələbənin 70 illiyinə həsr olunan tədbirə qatılmaq qərarını tənqid etməsinə sərt reaksiya verib: “Mən Çexiyanın Vaşinqtondakı səfirinin ABŞ prezidentinə hara səfər etməsini tövsiyə etməsini təsəvvür edə bilmirəm. Mən heç bir səfirə xarici səfərlərimlə bağlı öz məsləhətləri ilə müdaxilə etməyə yol vermərəm. Düşünürəm ki, mənim bu bəyanatımdan sonra prezident sarayının qapıları səfir Şapironun üzünə açılmayacaq”, deyə o qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti