Daha bir prezident Putinin dəvətini qəbul etmədi

Daha bir prezident Putinin dəvətini qəbul etmədi
  10 Aprel 2015    Oxunub:1619
Avstriya prezidenti mayın 9-da Rusiyada keçirilən Qələbə Paradında iştirak etməyəcək.
AzVision.az-ın ans press-ə istinadən verdiyi məlumata görə, yayılan rəsmi məlumatda buna səbəb Avstriya prezidenti Haynts Fişerin başqa tədbirlərdə itşirak etməsi göstərilib. Belə ki, Fişerin mayın 8-də paytaxt Vyanada İkinci Dünya Müharibəsinin bitməsinə həsr olunan anım tədbirlərində iştirak edəcəyi bildirilib. Mayın 10-da isə dövlət başçısı Mauthauzen hərbi düşərgəsinin məhbuslarının xatirəsini yad edəcək.

Xatırladaq ki, mayın 9-da Moskvada Böyük Vətən müharibəsində qələbənin 70 illiyi münasibəti ilə keçiriləcək bayram mərasimlərində iştirak etmək niyyətini hələ ki, 25 ölkə başçısı təsdiqləyib. Bütövlükdə isə 68 ölkə başçısına dəvətnamə göndərildiyi bildirilib.


Teqlər:  





Xəbər lenti