Ermənistanda əsgər anaları etiraza qalxdı - FOTOLAR
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, əsgər anaları Ermənistan parlamenti qarşısında toplaşaraq Baş prokuror Hevorq Kostanyanın burada illik hesabat verməsini gözləyirlər.
Əsgər anaları Baş prokurorun onların övladları barədə açılmamış cinayət işlərinin necə izah edəcəyini və deputatların orduda cinayət halları ilə bağlı məsələni qaldırıb-qaldırmayacaqlarını öyrənmək istəyirlər.
Parlamentdə müzakirələrin başlamasına qədər hərbçi anaları Ermənistan prezidentinin iqamətgahı qarşısında etiraz aksiyası keçirək parlament binası qarşısına gediblər.
Əsgər analarını deputat Samvel Farmanyan dinləyib. Deputat övladlarını itirən valideynlərə təsəlli verə bilməyəcəni və onların acılarını yaxşı anladığını vurğulayıb. Erməni deputat həmçinin əmisi oğlunun da hərbi də həlak olduğunu xatırladıb.
Eldar Tanrıverdiyev
AzVision.az