`Kişi arvadını kəsib yeyə bilər`- Şeyxdən fətva

`Kişi arvadını kəsib yeyə bilər`- Şeyxdən fətva
  09 Aprel 2015    Oxunub:7334
Səudiyyə Ərəbistanı müftisi Əbdüləziz Ali Şeyx son günlər əcaib bir fətva ilə çıxış edib.
AzVision.az-ın islaminsesi.org saytına istinadən məlumatına görə, müfti deyib ki, əgər kişi ölümcül həddə qədər aclığa düçar olsa və yeməyə heç nə tapmasa, öz qadınının bir hissəsini və ya bütün bədənini kəsib yeyə bilər: "Qadın öz həyat yoldaşına fədakarlıq və itaətini dərk etməlidir. Qadın hiss etməlidir ki, onların hər ikisi bir bədəndir. Əgər kişi ölümcül həddə qədər aclığa düçar olsa və yeməyə heç nə tapmasa, öz qadınının bir hissəsini və ya bütün bədənini kəsib yeyə bilər".

Şeyxin bu qəribə fətvası sosial şəbəkələrdə böyük mübahisəyə və qalmaqala səbəb olub.

Bundan əlavə, bir həftə əvvəl şeyx qızların 15 yaşından aşağı nikaha daxil olmalarına icazə haqda da fətva verib.


Teqlər:





Xəbər lenti