7 nəfəri öldürən Permyakov ağıllı imiş

7 nəfəri öldürən Permyakov ağıllı imiş
  09 Aprel 2015    Oxunub:2692
Ermənistanda 7 nəfərdən ibarət ailəni vəhşicəsinə öldürməkdə günahlandırılan Rusiya hərbçisi Valeriy Permyakovun ciddi psixi problemləri olmayıb.
AzVision.az-ın məlumata görə, bu barədə Rusiyanın “İnterfax” agentliyi istintaq işi ilə tanış olan mənbəyə istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, Permyakov “cinayət törədən zamanı öz hərəkətlərini tam şəkildə anlayıb.

“Ekspertlər onun psixikasında müəyyən problemlərin olmasını aşkarlasalar da, ümumilikdə Permyakovun sağlam olduğu qənaətinə gəlinib”, – deyə mənbə agentliyə bildirib.

Qeyd edək ki, yanvarın 12-i Ermənistanın Gümrü şəhərində biri 2 yaşlı uşaq olmaqla 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Məlumatı Şirak vilayətinin prokuroru Raffi Aslanyan da təsdiqləyib.

Ermənistan İstintaq Komitəsinin sədri Aqvan Ovsepyanın mətbuat katibi Sona Truzyan bildirib ki, qətldə əsas şübhəli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakovdur.

Onun sözlərinə görə, cinayət yerində hərbçi ayaqqabısı, AK 74 avtomat silahı, gilizlər və içində güllə olan daraq tapılıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti