Azərbaycanlılar Rusiyanı kütləvi şəkildə tərk edir

Azərbaycanlılar Rusiyanı kütləvi şəkildə tərk edir
  09 Aprel 2015    Oxunub:13508
2015-ci ilin birinci rübündə Rusiyada xarici vətəndaşların (Ukrayna vətəndaşları nəzərə alınmamaq şərti ilə) sayı təxminən 127 min nəfər azalıb.

AzVision.az-ın məlumatına görə, bu barədə Rusiya Federal Miqrasiya Xidməti rəsmi məlumat yayıb.

FMX-nin məlumatına görə, hazırda Rusiyada 558,8 min azərbaycanlı yaşayır. 2015-ci ilin ilk üç ayı ərzində Rusiyada yaşayan azərbaycanlıların sayı 4,1% azalıb.

Ümumilikdə 2014-cü ilin aprelindən 2015-ci ilin aprel ayına qədər Rusiyanı 34 min azərbaycanlı tərk edib.

AzVision.az Rusiya Federal Miqrasiya Xidmətinin rəsmi saytında yerləşdirilən cədvəli oxuculara təqdim edir:



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti