“İran Qərblə müqavilə bağlamayacaq” – Ruhani

“İran Qərblə müqavilə bağlamayacaq” – Ruhani
  09 Aprel 2015    Oxunub:2122
Rəsmi Tehran İrana qarşı bütün sanksiyalar ləğv edilməyəcəyi təqdirdə, nüvə proqramı ilə bağlı “altılıq” ölkələri ilə yekun sazişi imzalamayacaq.
AzVision.az-ın Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani xalqa müraciətində bildirib.

“Bütün sanksiyalar həmin gün ləğv edilməsə, biz heç bir nüvə sazişi imzalamayacağıq. Biz nüvə danışıqları iştirakçıları ilə qarşılıqlı sərfəli sazişə nail olmaq istəyirik”, - deyə Ruhani İran dövlət televiziyası ilə çıxışı zamanı vurğulayıb.

Qeyd edək ki, martın ikisi İran İslam Respublikasının nüvə proqramına dair “altılıq” və İran arasında aparılan danışıqlarda əsas istiqamətlər üzrə razılıq əldə olunub.

Bildirilir ki, tərəflər İranın nüvə ehtiyatının böyük bir hissəsinin ölkə ərazisindən kənara çıxarılması, yaxud da məhv edilməsi məsələsində razılığa gəliblər. Uranın zənginləşdirilməsi üçün istifadə olunan mindən çox sentrifuqa Fordo kəndi yaxınlığındakı obyektdə istifadə olunacaq. İran və “altılıq”, həmçinin razılaşıb ki, Natanz nüvə mərkəzində 5 mindən artıq sentrifuqada uran 3,67 faizədək zənginləşdiriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti