150 nəfəri öldürən pilotla bağlı ilginc iddia
Bu faktı Düsseldorf Prokurorluğu Andreas Lyubiçin şəxsi kompüterində araşdırmalar apardıqdan sonra aşkarlayıb.
Belə ki, köməkçi pilot internetdə sidikqovucu dərmanlarla bağlı araşdırmalar aparıb. Ehtimal olunur ki, 28 yaşlı pilot Andreas təyyarənin idarəetməsini ələ keçirmək üçün həmin dərmanlardan pilotun kofesinə atıb.
Qeyd edək ki, Fransanın Alp dağlarında qəzaya uğrayan Airbus A320 təyyarəsində ekipaj üzvləri və sərnişinlərlə birlikdə 150-dən çox insan həlak olmuşdu.
Fatimə Kərimli