Rusiyada qatar qəzası: Xəsarət alanlar var

Rusiyada qatar qəzası: Xəsarət alanlar var
  09 Aprel 2015    Oxunub:1330
Rusiyanın Lipetsk vilayətində sərnişin qatarı lokomotivlə toqquşub.
Bu barədə AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir.

İlkin məlumata əsasən hadisə nəticəsində 14 nəfər xəsarət alıb. Onlardan biri xəstəxanaya yerləşdirilib. Hadisə yerində xilasedicilər işləyir. Faktla bağlı araşdırmalara başlanılıb.

Artıq qatarın hərəkətinin bərpa edildiyi bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti