İŞİD liderləri həbs edildi

İŞİD liderləri həbs edildi
  09 Aprel 2015    Oxunub:1713
Aprelin 8-də Livan kəşfiyyatı ölkənin Suriya ilə sərhədində 2 İŞİD liderini həbs edib.
Bu barədə Livanın müdafiə nazirliyinin açıqlamasında bildirilir.

“Ordu qüvvələrinin köməyi ilə kəşfiyyat patrulu bir neçə maddə üzrə axtarışda olan suriyalı Nabil Əl-Saddik və livanlı Əli Əyubu yaxalayıb”, açıqlamada qeyd olunur.

Livan KİV-lərinin məlumatına əsasən, yaxalananlar “İŞİD” terror təşkilatının liderləri arasındadırlar. Onların başçılıq etdiyi dəstələr mütəmadi olaraq Livan-Suriya sərhədindəki postlara və yaşayış məntəqələrinə hücum edirlər. (apa)


Teqlər:





Xəbər lenti