Depardye Rusiyadan qaçdı

Depardye Rusiyadan qaçdı
  09 Aprel 2015    Oxunub:2988
Bir neçə il əvvəl Rusiya vətəndaşı olan məşhur fransız aktyoru Jerar Depardye bu ölkəni tərk edərək Belçikaya köçüb.
Bu haqda tanınmış rusiyalı satirik Viktor Şenderoviç xəbər yayıb.

İki il əvvəl Depardye şəxsən prezident Vladimir Putinin əlindən Rusiya vətəndaşlığı haqda pasport almışdı. Bundan əvvəl, o, lüks həyat üçün vergi ödəməkdən boyun qaçıraraq Fransadan köçmüş və Fransa vətəndaşlığını rədd etmişdi. Amma indi Depardye yenidən geri, tanış Avropaya getmək qərarına gəlib.

Qeyd edilir ki, Depardye artıq Belçikada əmlak satın alıb və bununla o, vətəndaşlıq əldə etməyə ümid edir. Lakin Rusiya qanunvericiliyi ikili vətəndaşlığa icazə vermədiyindən çox güman fransız aktyor Rusiya vətəndaşlığından imtina etməli olacaq.


Teqlər:





Xəbər lenti