Ruhi xəstə yaşadığı evi yandırdı - VİDEO

Ruhi xəstə yaşadığı evi yandırdı - VİDEO
  08 Aprel 2015    Oxunub:1754
Qonşuların sözlərinə görə, 49 yaşlı qadın əvvəllər də bu cür hadisələr törədib.

Gəncədə ruhi-əsəb xəstəsi, 49 yaşlı Gulmira Səmədova yaşadığı evə neft tökərək yandırıb. Hadisə dünən axşam saat 21 radələrində şəhərin Qarabağ küçəsi ev 51 ünvanında qeydə alınıb. Qonşular dərhal yanğını söndürüb və alovun digər evlərə keçməsinin qarşısını alıb.

Daha sonra Gəncə şəhər Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilib. Yanğınsöndürənlər hadisə yerinə gəlib və ərazinin təhlükəsizliyini yoxlayıb. Məlum olub ki, ümumi sahəsi 60 kv m olan evin 1 kv m-i yanıb. Hadisə yerinə Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyanın həkimləri və polis əməkdaşları da gəlib. Ruhi-əsəb xəstəsi olan Gulmira Səmədova nəzarətə götürülüb.

Qonşuların sözlərinə görə, 49 yaşlı qadın əvvəllər də bu cür hadisələr törədib və xoşbəxtlikdən hər dəfə yanğının qarşısı alınıb. Qeyd edək ki, Gulmira Səmədova mənzildə tək yaşayır.

Faktla bağlı araşdırma aparılır. (Region TV)




Teqlər:





Xəbər lenti