Moskvadan kritik Qarabağ açıqlaması

Moskvadan kritik Qarabağ açıqlaması
  08 Aprel 2015    Oxunub:3460
Rusiya Dağlıq Qarabağ münaqişəsinin "qaynar mərhələyə" keçməsi imkanını fikrindən belə keçirmir.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Serqey Lavrov Moskvada səfərdə olan erməni həmkarı Edvard Nalbandyanla birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Ritorikaya baxmayaraq, mən münaqişə tərəflərdən heç birinin bunu istəmədiyinə əminəm. Bizim bütün fəaliyyətlərimiz tezliklə münaqişənin həlli istiqamətində qarşılıqlı formada qəbul edilən çözüm yolunun tapılmasına yönəlib", - deyə Lavrov vurğulayıb.

Ermənistan XİN rəhbəri Edvard Nalbandyan isə vurğulayıb ki, ölkəsi “soyqırım”ın ildönümü ərəfəsində Rusiya prezidenti Vladimir Putinin səfərinə hazırlaşır.

Bundan əlavə, Ermənistan və Rusiya prezidentlərinin may ayında Moskvada Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində də görüşəcəyi gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti