Azərbaycan turist azadlığına görə dünya reytinqində

Azərbaycan turist azadlığına görə dünya reytinqində
  08 Aprel 2015    Oxunub:2482
“Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası” (IATA) və “Henley & Partners” şirkəti “turist azadlığı” reytinqini hazırlayıblar.
AzVision.az xarici KİV-nə istinadən xəbər verir ki, reytinq bir ölkə vətəndaşlarının digər ölkələrə vizasız getmə sayı əsasında formalaşıb.

Məlumata əsasən Azərbaycan siyahıda 70-ci pilləni tutub. MDB ölkələrindən Ermənistan reytinqdə 73-cü, Gürcüstan 68-ci, Rusiya 38-ci pilləni tutub.

SSRİ-yə üzv ölkələrindən ən yaxşı turist azadlığı Latviyadadır. Bu ölkə reytinqdə 13-cü yeri tutub. Latviya sakinləri dünyanın 138 ölkəsinə vizasız səfər edə bilir.

Siyahıda ilk pilləni Finlandiya, Almaniya, ABŞ və Böyük Britaniya tutur. Bu ölkənin vətəndaşları vizasız dünyanın 174 ölkəsinə səfər etmək imkanına malikdir.

Turist azadlığı ilə bağlı ən acınacaqlı vəziyyət isə Əfqanıstan , İraq və Somalidədir. Belə ki, əfqanlar 28, İraq vətəndaşları 31, Pakistan və Somali vətəndaşları isə vizasız 32 ölkəyə səfər edə bilərlər.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti