Ağ Ev işıqsız qaldı

Ağ Ev işıqsız qaldı
  08 Aprel 2015    Oxunub:1445
ABŞ-ın paytaxtı Vaşinqtonda Ağ Ev, Kapitoliya, Dövlət Departamenti və Ədliyyə Nazirliyi də daxil olmaqla bir sıra önəmli binaları qəza nəticəsində işıqsız qalıb.
Elektrik enerjisinin kəsilməsi nəticəsində Dövlət Departamentinin gündəlik brifinqi təxirə salınıb. Kapitoliya ehtiyat enerji təminatına keçib. Bəzi binalarda işıq problemi qısamüddətli olub və bir neçə dəqiqədən sonra bərpa edilib.

Ağ Evdə də enerji fasiləsi qısa olub. Vaşinqtonda bəzi metro stansiyaları ehtiyat enerjisi ilə işləyib.

Qəzanın səbəbləri hələlik məlum deyil. Rəsmilər ilk açıqlamada bildiriblər ki, hadisənin terror aktı olmasına heç bir əsas yoxdur. Sonradan isə məlumat verilib ki, problemə Vaşinqtona yaxın ərazidə yerləşən Marylandda baş verən partlayış səbəb olub.

Paytaxt ərazisini elektrik enerjisi ilə təmin edən “Pepco” şirkətinin fasilənin aradan qaldırılması üçün çalışdığı və hazırda bölgədə 2 min 400 binanın işıq problemi ilə üzləşdiyi bildirilib.

AzVision.az



Teqlər:  





Xəbər lenti