Prezidentin oğlu qəzaya düşdü - FOTO

Prezidentin oğlu qəzaya düşdü - FOTO
  08 Aprel 2015    Oxunub:3044
Ukrayna prezidenti Pyotr Poroşenkonun oğlu qəzaya düşüb.
Prezidentin oğlu Aleksey Poroşenko Kiyev şəhərinin mərkəzində avtomobili ilə qəzaya düşüb.

Hadisə nəticəsində Aleksey Poroşenko ciddi xəsarət almayıb. leksey Poroşenkonun AA 5515 KR nömrə nişanlı “BMW 3” zirehli avtomobili "Azov" batalyonunun “Mitsubişi L200” avtomobili ilə toqquşub.

Xatırladaq ki, Aleksey Poroşenko Ukraynanın millət vəkilidir . O, Vinnitsa dairəsindən Radaya deputat seçilib. (Ans)


Teqlər:





Xəbər lenti