Prezidentin illik gəliri açıqlandı- 368,9 milyon
Prezident dövlətə 17 milyon 941 min 932 qrivna vergi ödəyib. Xeyriyyə məqsədlərinə isə 123 milyon 166 min 37 qrivna vəsait xərcləyib. O, ötən il əvvəlcə deputat, sonra prezident kimi aldığı maaşın hamısını xeyriyyə məqsədlərinə sərf edib.
P. Poroşenkonun banklarda və digər maliyyə qurumlarındakı vəsaitlərinin həcmi 2014-cü ilin sonunda 451 milyon 925 min 60 qrivna təşkil edib.
Açıqlamada bildirilib ki, P. Poroşenko prezident kimi fəaliyyəti ilə bağlı bəzi xərcləri öz cibindən ödəyir. Belə ki, o, çox uzaqda yerləşən dövlətlərə səfərləri zamanı (məsələn, Avstraliya, Sinqapur) aviauçuşlar üçün yanacağın qiymətini özü ödəyib. P. Poroşenko prezident seçildikdən bəri hər hansı yeni əmlak və mülkiyyət əldə etməyib.