Türkiyədə pulsuz doktorantura təhsili

Türkiyədə pulsuz doktorantura təhsili
  07 Aprel 2015    Oxunub:3367
Aprelin 7-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov ADA Universitetinin dəvəti ilə Bakıda səfərdə olan Türkiyənin Koç Universitetinin rektoru Ümran İnanı qəbul edib.
Təhsil Nazirliyindən AzVision.az-a veirlən məlumata görə, görüş zamanı Koç Universitetinin Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıq perspektivləri, birgə tədris proqramlarının və araşdırma layihələrinin, həmçinin müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi imkanları müzakirə olunub.

Koç Universitetinin rektoru Ümran İnan bildirib ki, rəhbərlik etdiyi ali məktəb elmi araşdırma layihələrinə və doktorantura pilləsində təhsilin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir. Qonaq Koç Universitetinin xarici ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində Azərbaycan universitetlərinə xüsusi önəm verdiyini nəzərə çatdırıb. Rektor Koç Universitetində doktorantura təhsili almaq istəyən azərbaycanlı tələbələrin təhsil haqqından azad olunacağını söyləyib.

Təhsil naziri Mikayıl Cabbarov Koç Universitetinin azərbaycanlı doktorantları təhsil haqqından azad etməsini təqdirəlayiq hal kimi qiymətləndirib və bu addımın ölkə


Teqlər:





Xəbər lenti