Sabah əksər rayonlarda qaz olmayacaq

Sabah əksər rayonlarda qaz olmayacaq
  07 Aprel 2015    Oxunub:1211
Aprelin 8-də saat 10:00-dan 18:00-dək Cəlilabad şəhəri və Uzuntəpə kəndinin, Ağdam rayonunun Kətəlparaq kəndi və “Dördyol” qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu barədə AzVision.az-a `Azəriqaz` İB-dən məlumat verilib.

Xatırladaq ki, aparılan işlərin Bakı şəhəri Xəzər rayonu Zirə kəndinin, Sabirabad, Saatlı, İmişli, Bərdə və Tərtər rayonlarının bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Qeyd edək ki, qaz təchizatında məhdudiyyətin yaranması qazpaylama stansiyalarında aparılan təmir işləri ilə bağlıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti