Türkiyədə “Twitter”-ə giriş bərpa olunub
Bundan əlavə, rəsmi Ankara “Youtube” rəhbərliyi ilə danışıqlar aparır. Türkiyə rəhbərliyi videohostinqin məxsus olduğu “Google” şirkətinə prokurorun ölümü ilə bağlı yazıların silinməsi üçün dörd saat vaxt verib. Əgər bu şərtlər yerinə yetirilməsə, türk istifadəçilərin “Google” servisinə girişi məhdudlaşdırılacaq.
Qeyd edək ki, ötən gün Türkiyədə "Twitter" və “Youtube” bu sosial şəbəkələrində bir sıra hesablara giriş məhdudlaşdırılmışdı. Buna əsas səbəb bu yaxınlarda İstanbul Ədalət Sarayına hücum zamanı girov götürülmüş prokuror Səlim Kirazın fotolarının həmin akkauntlardan yerləşdirilməsi olub.
Eldar Tanrıverdiyev
AzVision.az