Terrorçular 300 nəfəri oğurladılar

Terrorçular 300 nəfəri oğurladılar
  06 Aprel 2015    Oxunub:1260
Suriyada fəaliyyət göstərən “Cəbahet ən-Nusra” terror təşkilatı ölkənin şimal-qərbində yerləşən İdlib şəhəri yaxınlığında 300 sakini oğurlayıb.
Bu barədə AzVision.az Ərəb KİV-nə istinadən xəbər verir.

Terrorçular insanları vilayətdə yerləşən Əl-Dana yaşayış məntəqəsində qaçırılıb. Məlumata əsasən girov götürülən şəxslərın böyük əksəriyyəti uşaqlardır.

Qeyd edək ki, daha əvvəl Suriyanın Milli Agentliyi “SANA” məlumat yaymışdı ki, Suriya ordusu “Nusra”nın mövqelərini atəşə tutub. İlkin məlumatlara görə, Suriya ordusunun əməliyyatları zamanı 200-ə yaxın yaraqlı məhv edilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti