Mitinqə çıxanların sayı - cəmi 500 nəfər

Mitinqə çıxanların sayı - cəmi 500 nəfər
  05 Aprel 2015    Oxunub:2786
Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın bu gün keçirdiyi mitinqlə bağlı məlumat yayıb.
BŞBPİ-dən AzVision.az-a verilən məlumata görə, mitinqdə 500 nəfər iştirak edib:

"Aprelin 5-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların, bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının və bəzi radikal dini qrupların ümumi sayı 500 (beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib".


Teqlər:  





Xəbər lenti