Ermənistanda böhran: Qiymətlər sürətlə bahalaşır
Ermənistan Dövlət Statistika Xidməti idarəsinin məlumatına görə, yanvar ayından etibarən ərzaq məhsullarının qiyməti sürətlə artmaqdadır. Son bir ayda növbəti dəfə ərzaq məhsullarının qiyməti ümumilikdə 5,6 faiz artıb. Ayrılıqda isə süd məhsulları 5,8 faiz, qəhvə, çay və kakao 6,1-8,3 faiz, meyvə və şəkər 9,6 faiz, tərəvəz və kartofun qiyməti isə 18,2 faiz bahalaşıb.
Ərzaq məhsulların və digər sahələrdə qiymətlərin durmadan artması əhalinin yaşayış səviyyəsinin ildən-ilə aşağı düşməsinə və haqlı narazılığına səbəb olur. Məmurların özbaşınalığından bezən və ölkənin gələcəyi ilə bağlı pessimist hisslərlə yaşayan sadə ermənilər yeganə çıxış yolunu vətənlərini tərk edib xarici ölkələrə üz tutmada görürlər.