Rusiya Türkiyəyə xəbərdarlıq etdi
"Biz Türkiyə nümayəndə heyətinin Krıma səfərinə münasibətimiz çox yaxşıdı. Amma bu ziyarət Ukrayna ərazisindən həyata keçirilməməlidir. Krım respublikasına səfər etmək üçün Rusiyanın müvafiq orqanlarına müraciət edilməlidir", - deyə Sergey Lavrov bildirib.
Nazir onu da bildirib ki, bu məsələdə Rusiyanın mövqeyi Türkiyə tərəfinə çatdırılıb: "Əgər Türkiyə tərəfi həqiqətən Krımda yaşananları görmək istəyirsə, mütləq bizim təklifimizi qəbul etməlidir". (Ans)
Teqlər: