150 nəfərin öldüyü qəza haqda şok faktlar
Aşkar edilib ki, qəzadan bir həftə əvvəl Andreas Lubitz öz planşet kompüterindən bu istiqamətdə axtarış aparıb. Bildirilir ki, Lubitzin Düsseldofdakı mənzilindən götürülmüş planşetdə onun internetdən apardığı axtarışların arasında "intihar yolları" və "kabinənin təhlükəsizlik qapıları və onların texniki xüsusiyyətləri" mövzuları olub.
Sözçü Ralf Herrenbruek deyib ki, "O bir tərəfdən öz dərdinə tibbi metodlarla əlac axtarırmış, başqa bir tərəfdən intihar yollarını araşdırırmış".Sözçü deyib ki, ən azı bir gün Lubitz kabinə qapılarının təhlükəsizliyi mövzusunu öyrənməyə çalışıb. Bu da bəlli olub ki, Lubitz internet axtarışlarını martın 16-ı ilə 23-ü arasında aparıb.
Təyyarənin "qara qutu"larından biri qəzadan dərhal sonra tapılmışdı.
İndiyədək toplanmış dəlillər göstərib ki, ikinci pilot Andreas Lubitz Barselonadan Düsseldorfa uçan 9525 nömrəli reysi, təyyarə kapitanının kabinədə olmadığı vaxtda, bilərəkdən qəzaya uğradıb.
Bu arada təyyarənin ikinci "qara qutu"su aşkar edilib.
Yenicə aşkar olunmuş ikinci “qara qutu”da uçuşun texniki göstəricələri qeydə alınır. Bu cihaz təyyarənin sürətini, yerdən olan hündürlüyünü, istiqamət və avtopilotun işini qeydə alır.
Ekspertlər ümid edirlər ki, ikinci "qara qutu" qəzanın səbəblərinə daha çox aydınlıq gətirilməsinə imkan verəcək.
Bu da xəbər verilir ki, qəza yerindən bütün həlak olanların, yəni 150 nəfərin hər birinin DNT materialları aşkar edilib.
Lufthansa şirkəti ötən çərşənbə axşamı pilotun təlimlər zamanı depressiyadan əzab çəkdiyi barədə məlumata malik olmasını etiraf edib.
Xəbər verilir ki, Lufthansa-nın filiallarından biri olan Germanwings şirkətinə bu məlumat hansı səbəbdənsə çatdırılmayıb. (Ans)
Teqlər: