Deputatlar baş naziri istefaya göndərir

Deputatlar baş naziri istefaya göndərir
  03 Aprel 2015    Oxunub:2670
Ukrayna Ali Radasının deputatları ölkənin baş naziri Arseniy Yatsenyuk istefaya göndərməyə hazırlaşırlar.
Bu barədə AzVision.az “İnterfax-Ukrayna”ya istinadən xəbər verir.

“Pyotr Poroşenko Bloku”nun nümayəndəsi Sergey Kaplin bəyan edib ki, baş nazir növbəti həftə vəzifəsindən kənarlaşdırılmalıdır.

“Yatsenyuk Ali Rada da müvəqqəti istintaq komitəsinin yaradılması barədə qərarın müzakirəsi və qəbulundan sonra istefaya göndəriləcək. Məhz bu komissiya Yatsenyuk haqqında səsləndirilən korrupsiya ittihamlarını araşdıracaq”, - deyə Kaplin bəyan edib.
Qeyd edək ki, daha əvvəl Dövlət Maliyyə İnspeksiyasının sabiq rəhbəri Nikolay Qordienko baş nazir Arseniy Yatsenyuku korrupsiyada ittiham edib. Bundan sonra Yatsenyuk Qordienkonu istefaya göndərib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti