Səfirliyə hücum edən erməniyə 2 il həbs

Səfirliyə hücum edən erməniyə 2 il həbs
  03 Aprel 2015    Oxunub:1647
Türkiyənin Rusiyadakı səfirliyinə silahlı hücum edən erməni əsilli 43 yaşlı Artur Mirzoyana 2 il həbs cəzası verildi.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, A.Mirzoyanın vəkili Georgi Şatvoryan məhkəmə qərarından apellasiya şikayəti verəcəklərini deyib.

Qeyd edək ki, Artur Mirzoyan avqustun 18-də Türkiyənin Rusiyadakı səfirliyinə silahlı hücum edib. Bildirilib ki, həmin şəxsin səfirliyə hücum etməsinin səbəbi avqust ayında Ermənistan və Azərbaycan arasında yaşanan gərginlik olub.

Sevinc


Teqlər:  





Xəbər lenti