28 yaşlı həkim qız yoxa çıxdı

28 yaşlı həkim qız yoxa çıxdı
  03 Aprel 2015    Oxunub:7095
Azərbaycanda həkim itkin düşüb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, martın 16-da saat 19:30 radələrində Bakı sakini, 1987-ci il təvəllüdlü Təranə Hacıyeva həkim işlədiyi Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən 2 saylı poliklinikadan özünə məxsus "Mercedes" markalı 10 DL 044 nömrəli avtomobillə çıxaraq naməlum istiqamətdə hərəkət edib.

Avtomobil martın 17-də saat 17:30 radələrində Xətai rayonu, M.Mehdizadə küçəsində saz vəziyyətdə tapılsa da, xanım sürücüdən hələ də xəbər yoxdur.

Xətai RPİ 37-ci Polis Bölməsindən həkimin yoxa çıxması ilə bağlı məlumatı sayta təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı İstintaq şöbəsində araşdırma aparılır.

Poliklinikadan isə deyiblər ki, həkim 2 həftədir işə çıxmır. Harada olması barədə məlumat yoxdur.


Teqlər:





Xəbər lenti