Əliyevlə Sarkisyanın görüşü müzakirə edildi
Minsk qrupu həmsədrləri martın 31-də Vyanada Minsk qrupu üzvləri üçün rüblük brifinq keçiriblər.
AzVision.az xəbər verir ki, bu barədə ATӘT-in mətbuat xidmətindən APA-ya verilən məlumatda deyilir.
Həmsədrlər Ermənistan-Azərbaycan sərhədində və təmas xəttində hazırkı gərginliyi qiymətləndirib, tərəflərlə birlikdə hazırkı diplomatik səylərini qeyd ediblər: “Həmsədrlər bu ilin sonuna kimi prezidentlərin görüşünün mümkünlüyünü və hərtərəfli sülh razılaşmasının əldə olunması üçün tərəflərin danışıqları davam etdirməsinin vacibliyini müzakirə ediblər. Vasitəçilər ATӘT-in Minsk qrupu ölkələrinin və ATӘT-ə üzv ölkələrin qarşılıqlı etimad tədbirlərinin və təmas proqramlarının həyata keçirilməsində oynaya biləcəyi rolu da vurğulayıblar”.
AzVision.az